Qanunla məktəbliləri, yaxud tələbələri dərsdən kənar işlərə cəlb etmək olar? - AÇIQLANDI

Qanunla məktəbliləri, yaxud tələbələri dərsdən kənar işlərə cəlb etmək olar? - AÇIQLANDI

“Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri
Fariz Əkbərov deyib.


Onun sözlərinə görə, Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir: “Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına töhlükə törədə bilən fəaliyyətə cəlb edilmələri qadağan olunur, həmçinin 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.

Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.

Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə