Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? - HÜQUQŞÜNAS AÇIQLADI

Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? - HÜQUQŞÜNAS AÇIQLADI

"Məhkum bir neçə əsasla vaxtından əvvəl cəzadan azad edilə bilər. Burada bir çox məqam var". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu məhkəmənin qərarı ilə olsa, məhkəmə onu vaxtından əvvəl azadlığa buraxa bilər: "Yaxud da cənab Prezident məhkumu əfv edə bilər. Bununla yanaşı Milli Məclis Amnistiya aktı tətbiq edə bilər".

Əkrəm Həsənov sözlərinə belə davam edib: "Amnistiya aktı fərdlərə aid olmur. Ümumən yazılır ki, hansısa qanunla cəzaya məhkum edilmiş şəxslər buraxılsın, yaxud da müddət azaldılsın.

Bir də belə bir məqam var ki, şəxs özü müəyyən müddətdən sonra məhkəməyə müraciət etsin. Adətən bunu həbsdə özünü düzgün aparan və islah olmuş şəxslər edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə