Çimərlik mövsümündə hansı ekoloji qaydalara əməl etmək lazımdır? - EKOLOQ AÇIQLADI
"Ümumiyyətlə, təbiət ərazilərindən istirahət məqsədilə istifadə edən insanlar bəzi qaydaları bilməlidirlər. Yəni, ətraf mühitin çirklənməməsi üçün elementar qaydalar var ki, bunlara riayət etmək lazımdır. Məsələn, istifadə etdikləri məişət əşyalarını, qida və ərzaq tullantılarını ətrafa necə gəldi səpələmək həm ətraf mühit üçün ziyandır, həm də etik normalara ziddir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, ən ideal variant budur ki, həmin insanlar tullantıları yığıb və torpaqda çökək qazıb basdırsınlar: "Bu halda ətrafa zərər verilməz. Amma qalan digər hallarda, yəni zibili bir yerdən götürüb başqa yerə atmaq, yaxud görünməyən yerə qoyub getmək olmaz. Bunu zatən külək, yaxud sahibsiz itlər ətarafa dağıdacaq".
Cəmşid Quliyev sözlərinə belə davam edib: "İstirahətə hamının ehtiyacı var və təbiətdən zövq almaq icazəsi hamıya verilir. Sadəcə olaraq qaydalara əməl etmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi departamenti var ki, bu məsələlərə xüsusi nəzarət edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB