“Müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar verilə bilər” - QURUM RƏSMİSİ DANIŞDI
“Kafe və restoranların normativ hüquqi aktların tələblərinə uyğun olub-olmaması illik plan əsasında (müəyyən dövriliklə) yoxlanılır. Bu zaman sanitariya məsələsinə xüsusi diqqət ayrılır”. Bu sözləri SİA-ya açıqlamasında AQTA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Kərimov deyib.
Onun sözlərinə görə, vətəndaşlardan daxil olan şikayət əsasında plandankənar olmaqla da yoxlamalar aparılır: “Nöqsanlar aşkarlandığı halda qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür, protokol tərtib olunur. Hətta müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə də qərar verilə bilər.
Vətəndaşlar şikayətləri olduğu təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vura bilərlər”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB