Sorğuda iştirak edənlərin 3,5%-i məmnun olmadığını dilə gətirdi

Sorğuda iştirak edənlərin 3,5%-i məmnun olmadığını dilə gətirdi

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib. SİA xəbər verir ki, respondentlərə "Hansı dövlət orqanlarının (qurumlarının) xidmətlərindən istifadə etmisiniz?" sualı ünvanlanıb, onların cari il ərzində istifadə etdiyi, adını şifahi olaraq bildirdiyi xidmətlər və aid olduğu dövlət orqanları intervüyerlər tərəfindən kodlaşdırılıb. Nəticələrin təhlili ölkə üzrə ən çox müraciət olunan dövlət orqanlarını (qurumla- rını) müəyyən etməyə imkan yaradıb. Belə ki, sorğu nəticələrinə əsasən, cari ilin birinci yarısı üzrə ölkə vətəndaşlarının yarısı, yəni 50,3%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 31,5%-i Daxili İşlər Nazirliyinin, 26,1%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə etmək üçün müraciət edib. Bu dövlət orqanları respondentlərin xidmət almaq üçün müraciət siyahısında ilk üçlükdə yer alıb.

Sorğunun nəticələrindən göründüyü kimi, respondentlər tərəfindən xidmət üçün müraciət olunmayan dövlət orqanları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Reklam Agentliyi və Əqli Mülkiyyət Agentliyidir.

Dövlət orqanlarına xidmət almaq üçün müraciət edənləri gender bölgüsü üzrə nəzərdən keçirsək, sorğu iştirakçıları arasında Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən faydalanmaq üçün müraciət edənlərin 83,5%-i, Daxili İşlər Nazirliyi üzrə 74,1%-i, iqtisadiyyat Nazirliyi üzrə 71,2%-i, Ədliyyə Nazirliyi üzrə 66,9%-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 58,8%-i kişilər olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən faydalanmaq Təhsil Nazirliyi üzrə 72,4 faizi qadınlar olub.

Respondentlər tərəfindən xidmətlərə ümumilikdə 2740 müraciət üzrə onların faydalandığı hər bir xidmətdən məmnunluq səviyyəsini öyrənmək məqsədilə bu istiqamətdə bir sıra suallar ünvanlanıb. Qeyd edək ki, ilk olaraq respondentlərin xidmətlərin göstərilmə müddətindən razılıq səviyyəsini öyrənmək hədəflənib. Bu istiqamətdə sorğu nəticələrinin təhlili respondentlərin xidmətlərin göstərilmə müddətindən məmnunluq səviyyəsinin xidmətin göstərilmə yerindən, xidmətin göstərilmə formasından, xidmətin növündən, təyinatından və bir sıra digər parametrik göstəricilərdən asılı olaraq dəyişdiyini göstərib.

İctimai rəy sorğusundan əldə olunan Ümumi, yəni bütün xidmətlər üzrə məcmu nəticəni nəzərdən keçirdikdə respondentlərin 51,3%-i xidmətin göstərilmə müddətindən çox məmnun olduğunu, 26,2%-i əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 3,5%-i əsasən məmnun olmadığını, 18,7%-i heç məmnun olmadığını ifadə edib. Respondentlərin 0,3%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ali təhsilli respondentlərin 11,4%-i, orta təhsillilərin 21,4%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını ifadə edib.

Məşğulluq göstəriciləri üzrə nəzərdən keçirdikdə, dövlət sektorunda işləyənlərin 12,8%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 22,4%-i və işsiz respondentlərin 29,8%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə