STM-nin sorğu anketinə nələr daxil edilib?

STM-nin sorğu anketinə nələr daxil edilib?

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğu öyrənib. SİA xəbər verir ki, ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub. Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib.

Sorğularda 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə