Sel suları Qubada fəsadlar törədib

Sel suları Qubada fəsadlar törədib

İyunun 11-i günorta saatlarından başlayaraq Qubada yağan güclü yağış çaylarda suyun səviyyəsini artırıb, sel təhlükəsi yaradıb.

SİA-nın əldə etdiyi məlumata görə, Vəlvələçayda yaranan sel suları çayın kənarında Təngə dərəsi adlanan ərazidə yerləşən istirahət mərkəzinin bəzi avadanlıqlarını aparıb. Bundan başqa yağış nəticəsində yaranan sel suları dağlıq kəndlərdə həyətlərə dolub, Yuxarı Digah kəndində isə daş hasarı uçurub.

Sel nəticəsində xəsarət alan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə