İsmayıllılar narkomaniyanın sağlamlığa vurduğu fəsadlar barədə məlumatlandırılıb - FOTOLAR

BMT-nin 26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı zəruri məlumatlar veriblər.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə