Bizim Lənkəranda bir sıra vacib təşəbbüs və layihələrimiz var ki, bu təşəbbüslərdən yerli insanlar da faydalana biləcəklər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Lənkərana səfəri zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.
Onun sözlərinə görə məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın nümunələrini burada göstərməkdir: “Biz həm bu bölgədə yaşayan insanlar üçün layihə çərçivəsində yaratdığımız imkan və vasitələrə dair məlumatı təqdim edəcəyik. Eyni zamanda, çalışırıq ki, yerli sakinlər bizi yəni - avropalıları yaxından tanımaq, mədəniyyətimizi, ənənələrimizi, o cümlədən təhsil sahəsində həyata keçirdiyimiz proqramlarımızı daha yaxşı tanısınlar. Beləliklə də Avropa İttifaqı ilə Azərbaycan bir-birinə daha da yaxınlaşır.
Səfir bildirib ki, layihələrimizdən biri “Avropa İttifaqı Lənkəran naminə” adlanır. Bu layihə sırf Lənkəran-Astara İqtisadi rayonunu əhatə edir. Bölgəyə xarakterik olan sahələrin inkişafını nəzərdə tutmuşuq. Bu layihə turizm və kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsi ilə bağlıdır: “Lənkəranda mədəni inkişaf strategiyası yaradılacaq, strategiya çərçivəsində burada turizm və digər sektorların, mədəniyyətin təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsinin şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB