Bakının Firdovsi Məmmədov küçəsi təmir edilir - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsini təmir edir. SİA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, uzunluğu 400, ortalama eni 9 metr təşkil edən küçədə təmir işləri çərçivəsində hazırda yarasız səki və bordür daşlarının sökülməsi işləri aparılır.

Daha sonra köhnə asfalt-beton örtüyünün frezlənməsi, 700 kvadratmetr p/metr səki, 720 p/metr bordür daşlarının yenilənməsi işləri icra olunacaq. Küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə