Lənkəranda diş həkimi bıçaqlanıb

Lənkəranda diş həkimi bıçaqlanıb

Lənkəranda diş həkimi bıçaqlanıb. SİA xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə