“Gəmilərimizin fəaliyyətinin müvəqqəti dayandırılması Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır. Gəmilərimiz saz vəziyyətdədir”. Bu sözləri SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.
Onun sözlərinə görə, gəmilər texniki baxışdan keçib: “Heç bir problem yoxdur. Amma dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Adiyyatı qurumlarla müzakirələrdən sonra gəminin yeni marşurut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB