“Depressiv insanları qayğısız qoymaq olmaz” - PSİXOLOQ İZAH ETDİ

“Depressiv insanları qayğısız qoymaq olmaz” - PSİXOLOQ İZAH ETDİ

“Depressiya psixi sağlamlığın pozulmasıdır. Depressiya adətən eşqinin olmaması, səni əyləndirən hər hansı bir fəaliyyətin artıq zövq verməməsi kimi hallarla müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, depressiya adətən hər hansı ağır situasiyadan sonra baş verir: “Xüsusilə də kimisə itirmək, ayrılıq yaşamaq və ya uğursuzluqla qarşılaşmaq buna səbəb olur. Bir çox insan fərqində olmadan depressiya yaşayır. Həmin dövrü ya fiziki sağlamlıqla əlaqəndirir, ya da sadəcə əhval-ruhiyyəsinin yaxşı olmamasına bağlayır.

Depresiyyalar uzun və qısa müddətli olmaqla iki yerə ayrılır. Bir dəfə depressiya yaşayan insanın gələcək həyatında bir neçə dəfə depressiya yaşaması mümkündür. Qadınların kişilərdən daha çox depressiya yaşadığı müşahidə edilib.

Depressiyada olan şəxs ya həddindən çox yatır, ya da yuxu problemi yaşayır. Bunlarla bərabər kefsizlik, məsələlərə fokuslana bilməmək də depressiya göstəriciləri içərisindədir. Depressiv vəziyyət bəzi insanlarda özlərini günahlandırmaqla keçir.

Depressiya dərinləşdikdə çox ciddi fəsadları da ola bilir. Buna görə də mütləq şəkildə depressiv şəxslərə qarşı diqqətli olmalı və onları peşəkar dəstək almağa təşviq etməliyik. Ümumiyyətlə depressiv insanları qayğısız qoymaq olmaz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə