“Əjdər İsmayılov Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından olub, 91-lər hərəkatına qoşularaq prosesədə öz fəallığını göstərib. Əjdər İsmayılov o zaman Naxçıvanda Xalq Cəbhəsinin qarşısına çıxıb söz deyə bilən əsl azərbaycanlı idi”. SİA xəbər verir ki, bu sözləri görkəmli tarixçi, filoloq-türkoloq Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışı zamanı AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Əjdər İsmayılov heç bir zaman öz mövqeyindən dönmədi: “O, hər zaman təmənnasız mübarizə apardığını nümayiş etdirdi. Əslində Əjdər İsmayılov teatr institutunu bitirmişdi, lakin o həyatda oynamırdı. O, bütün həyatı boyu Əjdər İsmayılov olmağı bacardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB