Dayanma-durma qaydalarını pozan sürücülər barəsində tədbir görülüb - FOTOLAR
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.
Onlarla qaydalar barədə məlumat verilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbiri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB