Balıq ovlayarkən nələrə diqqət etməliyik? - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI
“Yaz-yay aylarında balıq risk qrupu daşıyan qidalar sırasında gəlir. Bu heç də fəsillə bağlı məsələ deyil. Burada əsas məsələ balıqların həmin fəsillərdə düzgün qaydada saxlanmaması ilə bağlıdır. Çünki balıq zülal tərkiblidir və tez xarab olmağa meyillidir. Buna görə də balıq tutulduqdan sonra uzun müddət açıq hava şəraitində qalırsa, bu zaman onun tərkibində fiziki və bioloji dəyişikliklər baş verir. Bu isə həmin qidanı qəbul edən insan orqanizminə öz mənfi təsirlərini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bir çox balıq növlərindən istifadə etdikdə, mütləq yaxşı bişirilməli və dərhal yeyilməlidir: “Eyni zamanda balığı mütləq mənşəyi bəlli olan yerdən almaq lazımdır.
Bəzi balıqlar isə yayda kürü tökmə dönəmində olduqları üçün ovlanmırlar. Yaxşı olar ki, dəniz məhsulları qəbul edərkən təmiz və keyfiyyətli olmasına diqqət edək. Eyni zamanda düzgün bişirilməli və bir dəfə istifadədən sonra balıq təkrar isidilməməlidir. Balıq ilə bağlı digər təhlükəli məqam isə balıq ovlayarkən düzgün seçilməməsidir. Çünki bəzi balıqlar ağır metal və zərərli maddələrlə zəngindir. Bu isə zəhərlənmə riskini artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB