Çimərliklər mövsümə hazırdırmı? -RƏSMİ AÇIQLAMA

Çimərliklər mövsümə hazırdırmı? -RƏSMİ AÇIQLAMA

"Bakı şəhərinin Abşeron yarımadasında mövcud olan çimərliklər sayı çoxdur. İstər özəl, istərsə də dövlət çimərliklərində yay mövsümünə hazırlıq işləri gedir. Bu çimərliklər təmir olunur, əlavə təmiz qum səpilir, ətraf ərazilər təmizlənir, mövcud olan istirahət guşələri rənglənib, təzələnib, duş kabinaları təmir olunub". SİA-nın Bakı Şəhər Xidmət Ticarət və Xidmət Departementindən aldığı özəl açıqlamada belə bildirilib.

Açıqlamada deyilir ki, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin yaratdığı çimərliklər digər çimərliklərdən xidmətin pulsuz olmasıyla fərqlənir: "Vətəndaşlar bu çimərliklərdə heç bir dəyər ödəmədən istirahət edə bilirlər və onların istirahəti üçün "İDEA" ictimai birliyinin rəhbərliyi tərəfindən tam şərait yaradılıb. Artıq 5 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb. Artıq bir neçə aydır yenidənqurma və təmizlik işləri aparılır. Bununla yanaşı sözügedən çimərliklərə təzə zibilqabları, söhbətgahlar, valeyboy torları, futbol qapıları qoyulub. Həmçinin avtomobillərin park etməsi üçün böyük sahələr yaradılıb. Çimərlik mövsümü elan edildikdən sonra tullantıların çimərliklərdən daşınması xüsusi qrafiklə həyata keçiriləcək. Bununla yanaşı işçi personalı tərəfindən çimərliklər ciddi nəzarətə alınacaq, çimərliklərə yeni avtobus xətləri açılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə