“Xəbərlərdə açıq şəkildə verilən görüntülər yeniyetmələrə pis təsir edir“ - PSİXOLOQ DANIŞDI

“Xəbərlərdə açıq şəkildə verilən görüntülər yeniyetmələrə pis təsir edir“ - PSİXOLOQ DANIŞDI

“Sosial şəbəkələrdə qadına qarşı göstərilən şiddət birmənalı olaraq qarşılanmır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, yeniyetmələr tərbiyəni kənardan öyrənir, kənar təsirə tez məruz qalırlar: “Yeniyetmə bir oğlan qadına şiddətlə bağlı hər hansı paylaşım görüb, bunun müsbət tərəflərini özündə aşılaması gələcəkdə öz ailəsinə, xanımına qarşı eyni addımı atmağa zəmin rolu oynayır. Eynilə də şiddətə məruz qalan xanımları görən yeniyetmə qızlar da evlilikdən çəkinirlər. Ümumiyyətlə xəbərlərdə açıq şəkildə verilən görüntülər yeniyetmələrə pis təsir edir.
Bəziləri isə məhz bu yol ilə məşhurlaşacağını düşünərək, prosesdən özlərinə düzgün pay çıxara bilmirlər. Buna görə də valideynlər uşaqlarının yeniyetmə dövründə daha da diqqətli olmalı, onların ətrafındakılara bələd olmalıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə