"Mərkəzdən idarəetmə daha operativ və çevik həyata keçirilir" - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI
"İstənilən sahədə idarəetmədə mərkəzdən idarəetmə daha operativ və çevik həyata keçirilir. Amma taksi fəaliyyəti ilə bağlı bu kimi mexanizmlərə baxsaq, hərçənd ki bir mərkəzdən idarə olunan sistem yaradılmaqla yanaşı, müxtəlif insanların bu sistemə dəstəyi vacibdir. Yəni, bu gün Bakı şəhərində nəqliyyatda sərnişindaşıma ilə bağlı əsas yüklərdən biri taksi və marşrut sistemlərinin üzərinə düşür. Çünki alternativ nəqliyyat sistemləri, (məsələn, tramvay) yoxdur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Ekspert sözlərinə belə davam edib: "Məsələnin digər tərəfi isə xüsusən nəqliyyatla bağlı peşəkar, ya peşəkar olmayan hər hansı hüquqi və fiziki şəxslərin tabeliyində olan insanların sərnişindaşıma ilə məşğul olmasıdır. Burada bir sistem yaradılmağına ehtiyac var. Xüsusən də onların işə götürülən zaman baza sistemi olsun ki, digər dövlət qurumları ilə əməkdaşlıq edən zaman (bankdan kredit götürmək və ya başqa yerdə işə düzəlmək) qeydləri olsun və faydalana bilsinlər. Bu nöqteyi-nəzərdən sərnişindaşımada bir mərkəzdən idarəetmə olmağı vacibdir. Amma sırf sərnişindaşımada hər hansı bir şirkətlərin bu işlə məşğul olub digər şəxslərin kənarda qalmasına əlbəttə kimi vətəndaşların xeyrinə deyil. İnanıram ki, bu mövqedə addımlar atılmaz. Amma aqreqatorlarla çalışmaqla bərabər onların müasir yanaşması, müasir texnologiyadan istifadə olunması, operativ sərnişin mübadiləsi olmasını alqışlayıram".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB