Cənnət görmək istəyən Azərbaycana gəlsin - FOTOLAR

Cənnət görmək istəyən Azərbaycana gəlsin - FOTOLAR

Azərbaycan bizim Vətənimiz, bizim ürəyimizdir. Harada olsaq da bizim bir Vətənimiz var, o da Azərbaycandır. Respublikamızın bütün guşələri, hər qarışı bizim üçün doğma, əzizdir. Lakin, elə bölgələrimiz vardır ki, onlar istirahət üçün daha münasibdir. Onlardan biri də Mərdəkan qəsəbəsidir...

Doğma Bakımıza yaxın məsafədə olan bu cənnət guşəsinə gəlmək üçün variantlar çoxdur. Amma dəniz sahilinə yaxın sanatoriyalarda dincəlməyin başqa bir ləzzəti var. Burada istirahətinizi təmin etmək üçün həm də göndəriş götürə bilərsiniz, həm dincələr, həm də xəstəliklərdən müalicə olunarsınız. Mərdəkan qəsəbəsində bir neçə sanatoriya, istirahət mərkəzləri fəaliyyət göstərir. Onlardan biri və birincisi "Günəşli" sanatoriyasıdır.

Fatimə Quliyeva

"Günəşli" sanatoriyasında nevroloji xəstələr də müalicə olunurlar. Xəstəxananın baş həkimi Ələkbər Nəzərovu 20 ildir ki, qədər tanıyıram. Ələkbər həkim həmişə vəzifə borcunu vicdanla yerinə yetirir. Sanatoriyaya daxil olan vaxtı, sanatoriyada olan səliqə-səhman, gül-çiçəklər, ağaclar xəstələrə sağalmaq üçün əlavə stimul verir. Burada dincələnlər asudə vaxtlarını çox gözəl keçirirlər. Hər axşam mədəni tədbirlər keçirilir, müğənnilər dəvət olunur. Sanatoriyanın idman zalı, kitabxanası, ləziz təamların təklif olunduğu yeməkxana fəaliyyət göstərir.

Sabir Mehdiyev

Sanatoriyada savadlı həkimlərdən Fatimə Quliyeva, Sabir Mehdiyev, Qumru Allahverdiyevanı misal göstərmək olar. Qumru Allahverdiyevanın rəhbərliyi altında müalicə olunan xəstələr həkimlərdən razılıq edirlər və burada xüsusi aparatla müalicə aparan tibb bacıları var. Sanatoriyada xəstələr bu həkimlərdən çox razılıq edirlər.

Qumru Allahverdiyeva

Ağdaş rayonunun Qarageyin kəndindən Mustafayev Şahin Nəsib oğlu, Abşeron rayonu Xırdalan şəhərindən Ağaverdiyev Həsənağa, Yardımlı rayonundan Əskərov Məmməd Xubac oğlu qeyd ediblər ki, gəldikləri vaxtdan az müddət keçməsinə baxmayaraq, sanatoriyada artıq sağlamlıqlarına qovuşublar, şəfa tapıblar.

Baş aşbazı Tofiq Həsənov

Sanatoriyanın dadlı yeməklər hazırlanan yeməkxanasının baş aşbazı Tofiq Həsənov Şuşa köçkünlərindəndir. Uzun müddətdir ki, Bakı şəhərində məskunlaşıb və o vaxtdan aşbazlıq fəaliyyətini davam etdirir. Yeməkxanaya yeni müasir elektrik sobaları gətirilib. Yeməkxana çox səliqə-səhmanlıdır.

Nazim Daşdəmirov (masajist)

Xəstəxananın birinci korpusunun şöbə müdiri Allahverdiyeva Qumru qeyd etdi ki, sanatoriyanın baş həkimi Ələkbər Nəzərovun fəaliyyəti, işgüzarlığı bütün kollektivi sevindirir. Çünki Ələkbər həkim bu sanatoriyaya baş həkim təyin olunandan sonra, sanatoriyada böyük dönüş yaranıb və gözəl kollektivi var.

Tibb bacısı Əliyeva Esmira

Qumru həkim sanatoriyada çalışan həkimlərdən də söz açıb. Bildirib ki, sanatoriyaya gəlib müalicə alan xəstələr bizim həkimlərdən həmişə razılıq edirlər. Bunun da əsas səbəbi baş həkim Ələkbər Nəzərovun fəaliyyəti ilə əlaqədardır. İkinci korpusda tibb bacısı Əliyeva Esmira xəstələrlə həm də xoş ünsiyyət qurmağı bacaran mütəxəssisdir. Elə bir xəstə yoxdur ki, Əliyeva Esmiranın müalicəsindən narahatçılıq keçirsin.

Adilə Quliyeva (təsərrüfat işləri üzrə müdir müavini)

Biz sanatoriyanın həkimlərindən, tibb bacılarından, sanatoriyada olan səliqə-səhmandan razılıqla döndük. Bir daha əmin olduq ki, kim cənnət görmək istəyirsə Azərbaycana gəlsin və bu sanatoriyalarda həm müalicə alsın, həm də dincəlsin.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə