Uşaqlarına şiddət göstərən valideynlərin keçmişində nələr dayanır? - PSİXOLOQ AÇIQLADI

"Əgər bir valideyn uşağına fiziki və emosional şiddət göstərirsə, demək ki, o valideyn də öz həyatında ya şiddətə məruz qalıb, ya da şiddətin şahidi olub". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, özü doymayan bir valideyn övladını da mənəvi cəhətdən doydura bilmir: "Bu gün Azərbaycan ailələrində rifah və xoşbəxtlik çox azdır. Unutmayın ki, xoşbəxt ana-ata xoşbəxt uşaq böyüdə bilər. Bu gün ana-atanın başı bir-biri ilə olan davaya qarışıb deyə, uşaqlarla sağlam vaxt keçirilmir. Uşaqların əlində telefon onlayn rejimdə yaşayırlar. Uşaq səsini çıxaran kimi də hirsli olan valideyn ona qarşı şiddət göstərir. Adətən də bu əzbəri edən valideynlər keçmişdə öz valideynlərindən öyrənib.

Bir çox hallarda qızların belə bir sözü var ki, "Mən anama oxşamayacağam". Nə təsadüfdür ki, həmin qızlar özləri də istəmədən analarının etdiyi səhvləri öz uşaqlarına qarşı edirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə