Külək və yağışın yeraltı təkanlara heç bir təsiri ola bilməz- Qurban Yetirmişli
Külək və yağışın yeraltı təkanlara heç bir təsiri ola bilməz.
SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələ dərinliklərdə baş verir: "Azərbaycanda müxtəlif dərinliklərdə zəlzələlər baş verir. Ən dərin zəlzələ ocaqları Xəzər dənizi və Kür çökəkliyindədir. Azərbaycan seysmogen bölgədir. Dünən axşamdan bu gün səhərə qədər 34 yeraltı təkan olsa da, hiss edilməyib".
O qeyd edib ki, qısamüddətli, bir neçə saatdan bir neçə günə qədər əvvəldən zəlzələ ilə bağlı proqnozu vermək mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə