Dənizkənarı Milli Parkda atraksionlar niyə sökülüb ? - QURUM RƏSMİSİ AÇIQLADI

Dənizkənarı Milli Parkda atraksionlar niyə sökülüb ? - QURUM RƏSMİSİ AÇIQLADI

“Dənizkənarı Milli Parkda uzun müddətdir atraksionların olmamasının səbəbi var. Köhnələri sökülüb, çünki yeni nəsil atraksionlar gətiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

Onun sözlərinə görə, köhnə atraksionlar istifadəyə yararsız olduğu üçün sökülüb: “İnsanların, xüsusilə də azyaşlıların təhlükəsizliyi baxımından onların sökülməsi vacib idi. Yeni nəsil atraksionları gələcək və ilin sonuna qədər artıq milli parkda görmək mümkün olacaq.

Qeyd edim ki, atraksionların ilkin hissəsi il sonuna qədər gələcək. İl sonuna qədər quraşdırılacaq atraksionlar son olmayacaq, yeniləri də əlavə ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə