Səmərəli təkliflər, vacib tövsiyyələr

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Sirəbil kənd sakinləri ilə görüşdü

1 iyun 2023-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Sərçuvar kənd İƏD-si üzrə nümayəndəliyinin Sirəbil kəndində keçirib. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlayıb və səyyar görüş-qəbulunu açıq elan edib, sözü Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynova verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV,
"Yeni həyat" qəzetinin Baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə