“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir

Bu gün Bakı Enerji Forumu çərçivəsində Naxçıvan şəhərində Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir.

SİA xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns, Çinin “Beynəlxalq Qrup Co. Ltd” şirkətinin sədri Lin Xiaodan, eləcədə muxtar respublikanın rəhbərliyi və müvafiq qurumlarının təmsilçiləri iştirak edirlər.

Sessiyada Naxçıvan MR-nın yaşıl enerji potensialı, günəş və külək enerjisi stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə