""Sahil" metro stansiyasına birbaşa marşrutun açılması planlaşdırılmır" - QURUMDAN AÇIQLAMA
"Hazırda 77 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik olaraq 18 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir". Bu barədə Bakı Nəqliyyat Agentliyindən SİA-nın sorğusuna cavab olaraq deyilib.
Bildirilib ki, sərnişinlərin tələbatı nəzərə alınaraq avtobus sayının 20-yə çatdırılması və intervalın 4 dəqiqəyə endirilməsi ilə bağlı daşıyıcıya tapşırıq verilib: "Yeni Yasamaldan “Sahil” metro stansiyası istiqamətində kifayət qədər əlaqələndirici marşrutların olması və tələbatın aşağı səviyyədə olması səbəbindən yeni birbaşa marşrutun açılması planlaşdırılmır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB