İctimai nəqliyyatda böyüklərə yer verilməlidirmi? - SOSİOLOQ CAVABLADI

İctimai nəqliyyatda böyüklərə yer verilməlidirmi? - SOSİOLOQ CAVABLADI

"Böyüyə yer vermək adəti bizdə əsrlər boyu formalaşmış bir adətdir. Şərq adət-ənənəsində bu geniş yayılmış bir hadisədir". Bu sözləri SİA-ya verdiyi açıqlamada Əhməd Qəşəmoğlu bəyan edib.

O, bildirib ki, böyüyə yer vermək təkcə bizim adətimiz deyil. Böyüyə, ağsaqqala hörmət bizə həm dini, həm də şərqli kimliyimizdən gəlib: "Əslində bu şərq adət-ənənəsidir. Biz Yaponiyaya, Çinə getdikdə də həmin adətlə qarşılaşırıq, necə ki Azərbaycanda. Burdan da göründüyü kimi böyüyə yer vermək şərq mədəniyyətinin təzahürüdür. Bu cür adətlərin yox olması dağıdıcı modeldir və absurddur. İnsanlarda böyüklərə hörmət, nəzakət cəmiyyətdə ahəngdarlıq və komfort yaradır. Bəzən qəsdən bu tip adətlərin artıq, lazımsız olduğu təbliğ olunur. Lakin bu cür adətlərin yox olub getməsi bizim mədəniyyətimiz üçün təhdiddir. Əslində, bu cür adətlər Avropada yoxdursa, bu, Avropanın əksikliyidir, müsbət cəhəti yox. İndi bizdə belə bir anlayış formalaşdırmağa çalışırlar ki, Avropada nə varsa gözəldir. Bu çox absurd düşüncə tərzidir. Mən şəxsən Avropanın əksər ölkələrində dəfələrlə olmuşam. Gördüklərimdən çıxış edərək deyə bilərəm ki, orada hər şey ideal deyil. Müəyyən müddətdən sonra Avropa da başa düşəcək ki, belə adətlər cəmiyyət üçün əhəmiyyətlidir və onların mövcudluğu müəyyən mənada zəruridir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə