"Birmənalı şəkildə ağ kişmiş qara rəngə boyanmır. Belə bir məsələ yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

AİB sədri sözlərinə belə davam edib: "Əgər qara üzümü suya salsaq, onun içində qara piqmentlər var ki, su qara rəng olacaq. Qara kişmişi də suya salıb biraz qarışdırsaq, əlbəttə su qara rəng olacaq".
Eyyub Hüseynov bildirib ki, lakin kütləvi surətdə istehsal olunan kişmişi qara rəngə boyamaq halları istisna olunmur: "Yəni, ola bilər. Bunu ayırd etmək laboratoriyanın işidir. Lakin əksər hallarda qara kişmişin boyanması barədə məndə məlumat yoxdur. Mən yalnız bunu bilirəm ki, çay qətiyyən boyanmır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB