“Fizioterapiyada onurğa sütunu problemlərinin həlli mümkündür” - FİZİOTERAPEVT DANIŞDI

“Fizioterapiyada onurğa sütunu problemlərinin həlli mümkündür” - FİZİOTERAPEVT DANIŞDI

“Onurğa sütunu xəstəliklərində fizioterapiya çox geniş istifadə olunur. Hazırda oturaq həyat tərzi ilə əlaqədar olaraq onurğa sütunu xəstəlikləri həddindən artıq çoxalıb. Xüsusilə də yaşlılar və uşaqlarda daha çox müşahidə edilir. Yaşlılarda onurğa sütununda fəqərəarası disk yırtıqları, uşaqlarda isə skalioz şəklində özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, fizioterapiyada bu problemlərin həlli mümkündür: “Bu halda biz fizioterapevtik metodlardan istifadə edərək onurğanın zədələnmiş nahiyəsinə uyğun olan dərman maddəsini yeridir və onurğa ətrafı əzələləri qüvvətləndirib, xəstənin həyat fəaliyyətini qaldırırıq.

Bəzən ağrı ilə bağlı olaraq xəstə zədələnmiş nahiyyəyə doğru əyilir. Bu baxımdan da yaşlı xəstələrdə belə skolioz halı müşahidə olunur. Məhz bu halda fizioterapevtik metodlardan istifadə edərək, ağrıkəsici toklardan istifadə olunur, zədələnmiş nahiyəyə dərman maddəsi yeridilir.

Dövrümüzdə fizioterapevtik metodlar ən çox istifadə olunan metodlardır. Bu baxımdan da həkim məsləhəti ilə bu üsulla müalicə olunmağı tövsiyyə edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə