Saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib
Masallı rayonunda polisin keçirdiyi tədbirlərlə saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
SİA xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB