Son zamanlar əksər subay qızlar evli kişilərlə münasibət quraraq onlara meyl edir. Bəs, onları bu yoldan necə çəkindirmək lazımdır? Kiminsə ailəsini dağıdıb birinin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq nə dərəcədə doğrudur? Mövzu ilə bağlı SİA klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, doğrudur ki, son zamanlar gənc qızlar belə addımlar atır: "Üstəlik adətən bunu edənlər ailə qurmamış qızlardır. Lakin bu kimi halların böyük bir qismi kişinin evli olduğunu gizlətməsi ilə başlayır. Yəni, bəzi qadınlar münasibətdə olduğu kişinin evli olduğunu bilmir. Bu səbəbdən də bütün qadınların məqsədi ailə dağıtmaq deyil. Amma hər bir halda bu düzgün iş deyil. İstər subay qadının evli kişi ilə, istərsə də subay oğlanın evli qadınla münasibət qurmağı yanlışdır".
Təhmasib Cavadzadə sözlərinə belə davam edib: "Bəzən qadınlar özgüvənlərini sübut etmək istəyir. Sanki həmin evli kişinin həyat yoldaşı ilə rəqabətə girir. Bəzi hallarda da belə qadınlar digər xanımlara qarşı aqressiv olurlar. Bəs, bunun qarşısını necə almaq olar?
İlk növbədə xanım bilməlidir ki, evli kişi ailəsini dağıdıb onunla yenidən ailə qurmayacaq. Əsasən münasibətin davam etməsi ona görə olur ki, kişi söz verir ki, "Ayrılıb səninlə ailə həyatı quracağam". İllər keçir və qadın ümid edir ki, kişi boşanacaq. Amma belə bir şey əksər halda olmur.
Qadın bilməlidir ki, kişi ailədən kənar münasibət yaşayırsa və bu münasibət sırf sevgili kimi davam edirsə, o heç vaxt boşanmayacaq. Əslində qadın evli kişi ilə münasibət qurduqda başqa qadının ailəsini dağıtmaqdan əlavə öz həyatını da məhv edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB