"Kidsphere" uşaq bağçasında uşaqlar üçün tədbir keçirilib - FOTOLAR - VİDEO
Bu gün "Kidsphere" özəl uşaq bağçasında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaq dünyanın ən böyük səadətidir, övlad qoxusu cənnətdir" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə bağçanın uşaqları, bağça müdirəsi Arzu Məhərrəmova və müəllim kollektivi iştirak edib.
Tədbiri giriş nitqi ilə açan müdirə Arzu Məhərrəmova bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü kimi dünyanın əksər ölkələrində, o cümlədən də Azərbaycanda qeyd olunur: "Dünyanın harasında olmasından asılı olmayaraq bütün körpələrin xoşbəxt, firəvan və sağlam ömür yaşaması diləyi ilə hər birinizi təbrik edirəm. Ömür və həyat yolunuz uğurlu olsun. Bayramınız mübarək".
Daha sonra bağçanın müəllim kollektivi uşaqları səmimi qəlbdən təbrik edərək onların ünvanına təbriklər söyləyiblər.
Ardınca isə tort kəsilib, mahnı oxunub, uşaqlar üçün müxtəlif oyunlar və əyləncələr təşkil olunub. Tədbirdə klon və animator da iştirak edərək uşaqları əyləndirib.
Xatırladaq ki, 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Gününün 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB