"Mövcud qanunvericiliyə görə, yararlılıq vaxtı keçmiş məhsulun satışı qadağandır. Dünyanın bir çox ölkələrində də bu qanunla bağlı vəziyyət eynidir. İstehsalçılar isə istənilən yol ilə sonsuz ömürlü etmək istəyir, standartlara və texniki işlərə təsir göstərməyə çalışırlar. Lakin insan əli ilə yaradılan hər bir şey, həmçinin qida məhsulları sonludur. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, məhsulun etiketində onun buraxılma və son tarix müddəti mütləq göstərilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, ildən-ilə vəziyyət dəyişir və AQTA yarandıqdan sonra bu məsələlərə daha ciddi yanaşılır: "Birmənalı şəkildə yararlılıq vaxtı keçmiş məhsulu satan müəssisə dövlət orqanları tərəfindən minimum 1500 azn cərimə tətbiq edilir. Buradakı yoxlamaları AQTA aparır. Lakin 26 ildir müşahidə aparan Azad İstehlakçılar Birliyi olaraq görürük ki, heçnə dəyişmir. Hazırda yararlılıq müddəti bitmiş məhsulların mağazadan çıxarılması alqoritmi belədir: "Mağaza sahibi cərimələnməkdən qorxduğu üçün məhsulu çıxarır və distribütörə qaytarır, onlar isə məhsulu istehsalçı şirkətə verirlər. Əksər hallarda isə istehsalçı şirkət məhsul üzərində mümkün olan işləri gördükdən sonra yenidən məhsulu marketə qaytarır. Bununla əlaqədar olara dövlət orqanları araşdırma aparıb, həbs olunanlar olub.
Biz çalışırıq ki, yararlılıq vaxtı keçmiş məsul distribütörə qaytarılmadan, birbaşa utilizasiyaya getsin. Təsadüfi deyil ki, keçən Azad İstehlakçılar Birliyi, AQTA və istehsalçı şirkət olan "Sun food" şirkətinin təşəbbüsü ilə 100 tona qədər məhsul məhv edildi. Daha sonra bu prosesə "Milla" şirkəti də qoşuldu. Lakin onlarla belə şirkətin olduğunu nəzərə alsaq, iki şirkət sayı olduqca azdır. AQTA hazırda da bu istiqamətdə işlərini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB