“Qatarlara kondisionerlərin quraşdırılması qeyri-mümkündür” - QURUM RƏSMİSİ AÇIQLADI
“Köhnə nəsil qatarlarda da yeni nəsil qatarlarda olduğu kimi mikroiqlim nəzarəti sistemi, o cümlədən kondisionerlərin quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı kifayət qədər böyük araşdırmalar aparılıb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, 2017-ci ildən Bakı Metropoliteni vaqonların orta və əsaslı təmirini yerli şəraitdə etməyə başlayıb: “Həmin vaxta qədər vaqonların orta və əsaslı təmiri ölkə xaricində olurdu. Çünki ölkədə buna uyğun şərait yox idi. 2017-ci ildən isə artıq bu proses ölkə daxilində gedir, həmçinin vaqonların modernləşdirilməsi aparılır. Vaqonların modernləşdirilməsi zamanı müasir qatarlarda olan böyük əksər sistemlərin tətbiq olunması və bu istiqamətdə bir çox məsələləri həll etmək olur. Əfsuslar olsun ki, məhz texniki səbəblərdən qatarlara kondisionerlərin quraşdırılması qeyri-mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB