Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa edilib

Bu gün Göyçaya yağan güclü yağışdan sonra baş verən fəsadlar aradan qaldırılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu saatlarda Göyçay şəhərinin içməli su və qazın verilişi, naqillər bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Amma hazırda bir çox kəndlər hələ də işıqsızdır.

Şəhərin müxtəlif küçələrinə aşan iri gövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Qasırğa nəticəsində aşaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunu kəsən çinar ağacı da yoldan kənarlaşdırılıb. Bununla da avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.

Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən rayona dəyən zərər araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə