“Bu il uşaq hüquqlarının müdafiəsi istiqamətində canlanma hiss olunur“ - SORĞU

1 iyun Uşaqların Müdafiəsi Günü ölkəmizdə hər zaman xüsusi olaraq qeyd olunur. Bütövlükdə isə uşaqlara qayğı göstərilməsi, onların müdafiəsi məsələlərinə dair bir çox işlər görülür.

SİA hazırda ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məsələlərinin hansı vəziyyətdə olması ilə əlaqədar sorğunu təqdim edir:

Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova:

“1 iyun Uşaqların Müdafiəsi Günü ərəfəsində Ailə, Qadın, uşaq problemləri üzrə dövlət komitəsi silsilə tədbirlər həyata keçirir. Eyni zamanda müxtəlif təbəqələrdən olan, fəallığı ilə seçilən, qayğıya ehtiyacı olan, şəhid, qazi övladları mütləq şəkildə bu tədbirlərdə iştirak edirlər. Bu il yekun tədbur 1 iyunda keçiriləcək və burada 400-dən çox uşağın iştirakı nəzərdə tutulub. Tədbir zamanı müxtəlif əyləncələr, oyunlar nəzərdə tutulub.
Eyni zamanda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start veriləcək.​ Ən ucqar kəndlərdə yaşayan uşaqlar da bu avtobusdan bəhrələnəcəklər. İlk səfərimiz Xızıya olacaq”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə: "Bu il uşaq hüquqlarının müdafiəsi istiqamətində canlanma hiss olunur. Bu olduqca yaşxı bir haldır. Daxili İşlər Nazirliyinin də təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyi, Elm və Təhsil Nazirliyi, eləcə də icra hakimiyyətləri yanındakı komissiyaların bütün regionlar üzrə bir araya gələrək, birgə əməkdşalıq planlarının hazırlanması həyata keçirilib. Ailələrin qiymətləndirilməsi, uşaqların vəziyyətinin araşdırılmasında böyük bir aktivlik var. Düşünürəm ki, bu il görülən işlər həqiqətən də öz müsbət nəticələrini verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə