Qara zirədən düzgün istifadə qaydası necə olmalıdır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Qara zirənin insan orqanizmi üçün bir çox faydaları var. Bir çox hallarda onu hər bir xəstəliyin dərmanı kimi dəyərləndirirlər. Bu da onun tərkibinin zənginliyi ilə əlaqədardır. Çüki qara zirənin tərkibi “A”, “B”, “C”, “E” vitaminləri, eyni zamanda sink, dəmir, maqnezium ilə zəngindir. Bütün bunların bir qidanın tərkibində olması qara zirənin nə qədər faydalı və insan üçün əvəzolunmaz olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, düzgün miqdarda istifadə etmək lazımdır: “Bu səbəbdən də yaxşı olar ki, səhər və ya axşam bir çay qaşığı qəbul olunsun. Əgər qara zirə bir həftə qəbul olunursa, eynilə də 1 həftə - 10 gün aralığında fasilə verib, yenidən davam etmək olar. Bu zaman faydalılıq xüsusiyyətlərindən daha çox yararlanmaq mümkün olacaq.

Qara zirə bir çox xəstəliyin, hətta xərçəng xəstəliyinin belə müalicəsində tövsiyyə olunur. Autizm xəstəliyi zamanı da qara zirə böyük rol oynayır. Qara zirə orqanizmə düşən viruslara mübarizə aparmaq qabiliyyətinə sahibdir. Buna görə də bir çox xəstəliklərin müalicəsində qara zirədən istifadə edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə