Hər kəsi Lənkəranda doğma çay markamız olan “Azerçay”ın təşkilatçılığı ilə
keçiriləcək Çay festivalına dəvət edirik!
Festival iyun ayının 4-ü, 5-i və 6-sı Lənkəran şəhər Heydər Əliyev xatirə parkında
açıq havada təşkil ediləcək.
Sənan Şəfizadənin aparıcılığı ilə keçiriləcək festivalda iştirakçıları məşhur
müğənnilər, sürpriz hədiyyələr, rəsm müsabiqəsi, şahmat və dama yarışı, nərd
yarışı, maraqlı animasiyalarla dolu əyləncəli bir gün gözləyir.
Rübail Əzimov, Jafarlinsky Band, əməkdar artist Ədalət Şükürov, DJ Elax,
“Nənələr qrupu”, müxtəlif rəqs qrupları ilə möhtəşəm 3 gün sizi gözləyir.
Qeyd edək ki, festivala gələn hər kəs “Azerçay” çaylarını dada biləcək.
Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə və bizimlə birlikdə əylənməyə
dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB