"Müharibə iştirakçıları dərmanla təmin olunmaqda problem yaşayır" - QƏNİRƏ PAŞAYEVA
"Mən şəhid ailələri və qazilərin işlə təminatı məsələsinə toxunmaq istəyirəm. Yaxşı olar ki, "Hər il nə qədər şəhid və qazi ailəsi işlə təmin olunub?", yaxud "Neçə nəfər işlə təmin oluna bilməyib?", "Səbəb nə olub?" kimi məsələlər araşdırılsın. Bu məsələ ilə bağlı addımaların atılmasına ehtiyac var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, müharibədə iştirak edən və qazilik statusu almayanlarla bağlı da bir sıra məsələlər var: "Elə müharibə iştirakçıları var ki, onların səhhətində ciddi problemlər var. Belə ki, onların dərmana ehtiyacı var və bununla təmin oluna bilmirlər. Qeyd etmək istəyirəm ki, müharibə iştirakçılarına yazılan dərman təminatına kömək edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB