Komitə sədri Lənkəranda vətəndaşları qəbul edəcək - FOTO

Komitə sədri Lənkəranda vətəndaşları qəbul edəcək - FOTO

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. SİA xəbər verir ki, qəbul Lənkəran şəhər Heydər Əliyev mərkəzində (Zərifə Əliyeva küçəsi, 2) saat 11:00-da keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (025) 255 39 84, (050) 380 27 43, [email protected], dk-lenkeran@ scwra.gov.az) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə