Azərbaycanda bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Azərbaycanda bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hazırda geomaqnit sahəsi sakitdir.

SİA bununla bağlı Şamaxı Astrofizika Rəsədxanasından məlumat alıb.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə