“Bakı şəhəri mürəkkəb təbbi landşafta malikdir" - QURUMDAN AÇIQLAMA VERİLDİ
“Bakı şəhəri mürəkkəb təbbi landşafta malikdir. Burada hər hansı bir ağacın qorunub saxlanması böyük əmək tələb edir. Buna görə də Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları gündəlik olaraq iş başındadırlar və ağaclaraq daimi qulluq edirlər”. Yaşıllaşdırma Təsərüffat Birliyindən SİA-ya verilən məlumata görə, yay ayları ilə əlaqədar yaz fəslində Bakıda kütləvi ağacəkmə aksiyaları keçirildi. Eyni zamanda mövcud ağaclara xidmət göstərilməsi baxımından qurumuş ağacların hər biri utilizasiya edilib.
Qısa müddət ərzində yeni kollar və rəngarəng güllər əkilib. Mütəmadi olaraq da onlar dəyişdirilir. Müxtəlif rəng çalarları ilə güllər və kompozisiyalar şəhəri daha da gözəlləşdirir.
Hazırda yay fəsli ilə əlaqədar yaşıllıqların suvarılması və qulluğu işinə xüsusi nəzarət edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB