Lənkəranda gənc könüllülər qan verib

Lənkəran şəhərində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyada Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər və digər kateqoriyadan olan insanlar iştirak ediblər.

Aksiyada iştirak edənlər əvvəlcə müayinələrdən keçib, onların sağlam olub-olmamaları müəyyənləşdirilib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə