Gün ərzində nə qədər su içilməlidir ? - MÜTƏXƏSSİS DANIŞDI

“İnsan orqanizmində bütün funksiyasını qəbul etdiyi qidaların tərkibindəki elementlərin həzm olunub, paraçalanması üçün suya ehtiyac duyulur. Buna görə də su qəbulu çox vacibdir. Hər kəs eyni miqdarda su qəbul edə bilməz. Hər insan bədən çəkisinə, gündəlik fiziki aktivliyinə və mövsümə görə fərqli miqdarlarda su qəbul etməlidir”. Bu sözləri sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, təxminən 8 fincan su qəbul edilməlidir: “Lakin insanlarda gündəlik olaraq su içmək vərdişi yoxdursa, bu zaman ilk dəfə üçün bu qədər su qəbulu düzgün hesab edilmir.

Həddindən artıq fiziki işlə, idmanla məşğul olan şəxslər isə miqdarı artıra bilərlər. Orqanizmə lazım olanından artıq su içildikdə isə su zəhərlənməsi baş verir. Bu isə orqanizmdə olan duz və mineralların azalmasına səbəb olur. Belə olan halda həmin insanlarda orqanizmdə yığılan suya görə, təzyiq yüksək olur və ya daxili orqanların funksiyasında problemlər meydana çıxır. Həddindən artıq su içən şəxslərdə beyindaxili təzyiq artır və qanda duz səviyyəsi aşağı düşür. Bunlar da öz növbəsində orqanizmə mənfi təsirlərini göstərirlər. Buna görə də düzgün miqdarda su qəbul etməyə diqqət etmək lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə