Azercell abunəçilərinə “İstəSən” tarifi daxilində WhatsApp-da limitsiz yazışma imkanı verir
“Azercell Telekom” müştərilərə seçim azadlığı və öz tarifini yaratmaq imkanı verən “İstəSən” tarifində yenilik tətbiq edib. Abunəçilərdən daxil olan istəklərə əsasən “İstəSən” tarifinin əsas paketinə 30 ölkədaxili dəqiqə və 3GB internetdən əlavəWhatsApp-da pulsuz yazışmaq imkanı daəlavə olunub. Daha ətraflı məlumatı Azercell-in rəsmi səhifəsidə əldə etmək olar: https://bit.ly/istesen_yeni
Xatırladaq ki, “IstəSən” tarifi abunəçilərinsərbəstdizayn edə biləcək ilk və yeganə rəqəmsal tarifdir və bura ölkədaxili dəqiqələr, ümumi internet və Instagram, Facebook, YouTube və TikTok kimi əlavə internet paketləri daxildir. Tarifin qiyməti əsas paketin üzərinə edilən əlavələrə əsasən dəyişir və artırdıqca daha sərfəli olur. Tarif dizaynına dəyişiklikləri yalnız özünəxidmət tətbiqi olan “Kabinetim”-də etmək olar.
Abunəçilərinin tələbat və maraqlarını nəzərə alanAzercell sərfəli təkliflər, geniş çeşiddə məhsul və texnoloji həllər ərsəyə gətirməyi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB