İsti havalarda hansı tədbirlər görmək lazımdır? -AÇIQLAMA

İsti havalarda hansı tədbirlər görmək lazımdır? -AÇIQLAMA

"İnsan orqanizmi ilin bütün fəsillərinə adaptasiya ola biləcək vəziyyətdə formalaşmışdır. Müxtəlif mövsümlərin gedişatı zamanı orqanizm ona adaptasiya olur. İsti də təbiət hadisəsidir. Orqanizm də isti havalarda özünü istiyə uyğunlaşdırır". Bu sözləri SİA-ya verdiyi açıqlamada həkim-terapevt Abbas Bağırov bildirib.

O, qeyd edib ki, qlobal istiləşmə nəticəsində dünyanın ümumi tempraturunun artması meteohəssas insanlar üçün zərərli bir amil kimi özünü göstərir: "Əsasən ürək-qan damar sistemi, yuxarı tənəffüs yolları xəstəlikləri olan insanlarda tənəffüs pozuntuları, nəfəs almada çətinlik, ağır nəfəsalma halları baş verir. Bununla yanaşı allergik xəstələrdə də tənəffüs yollarında problem ortaya çıxa bilər. Əsasən isti havalarda maye qəbulunu, tərkibində kalsium olan qidaları artırmaq, vegatativ, mərkəzi sinir sistemini gücləndirmək lazımdır. Ətrafda insan orqanizminə mənfi təsir göstərən çox faktor var. Bunlara misal kimi, mobil telefonları, başqa internet-kommunikasiya vasitələrinin adın çəkmək olar. Bunlar mərkəzi sinir sisteminin yorulmasına səbəb olur, nəfəs almanı çətinləşdirir, gecələr yuxuya getməkdə çətinliyin, təzyiqin artmasının təkan verici amili kimi ortaya çıxır. Yay aylarında mobil telefon istifadəsini azaltmaq lazımdır".

Terapevt sonda qeyd edib ki, ümumilikdə kölgəlik yerlərdə dincəlmək, kalsium tərkibi yüksək qidalar qəbul etmək, çoxlu maye qəbul etmək kimi ehtiyat tədbirləri görülə bilər".

Sonda Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovadan hava proqnozuyla bağlı açıqlama aldıq. Həmin açıqlamanı təqdim edirik: "Yaxın günlər ərzində mayın 27, 28-i yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bakının bəzi yerlərində günorta saatlarında 25-30, bəzilərindəysə 32 dərəcə isti olacağı proqnazlaşdırılır. Dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın tempraturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdəysə 18-23 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə