Həcc ziyarətinə gedənlərə hansı güzəştlər oluna bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

Həcc ziyarətinə gedənlərə hansı güzəştlər oluna bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Əslində, Həcc ziyarəti sırf dövlət tərəfindən həyata keçirilən ziyarət deyil. Bu ziyarəti Qafqaz Müsəlmanları İdarəsi təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, burada müəyyən güzəştlərin edilməsi yalnız bir tərəfdən asılı deyil: "Düşünürəm ki, ümumi məbləğdə mövcud imkanlar nəzərə alınaraq güzəştlər edilə bilər. Burada ciddi xərclər var və bu xərclər nəzərə alınmalıdır".

Ceyhun Məmmədov sözlərinə belə davam edib: "Bunlara səbəb odur ki, Həcc ziyarəti kifayət qədər bahalıdır. Məncə, aiddiyyatı qurumlar məsələyə baxsa, daha yaxşı olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə