Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirildi

Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantın təqdim edilməsinə dair tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə