Girdəniçayın İstisu qəsəbəsindən keçən hissəsinə axçalı balıqlar buraxılıb
Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə tədbirlər davam edir.
May ayının 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və əməkdaşları, yerli sahibkar, “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbəsi üzrə nümayəndəsi Asif Əliyev, İstisu bələdiyyəsinin sədri Rahim Xosrofovun iştirakı ilə Girdəniçayın qəsəbədən keçən hissəsinin monitorinqi keçirilib. Keçirilən tədbir zamanı 300 ədəd körpə çəki balığı Girdəniçayın İstisu qəsəbəsindən keçən hissəsinə buraxılıb.

Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.
Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkəmizdə may ayının 1-dən etibarən balıq ovuna dörd aylıq moratorium tətbiq edilir.
Layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli olmağın təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB