Uşaqların təryibəsində ən vacib şərtlər BƏLLİ OLDU - PSİXOLOQ DANIŞDI

Uşaqların təryibəsində ən vacib şərtlər BƏLLİ OLDU - PSİXOLOQ DANIŞDI

“Qız və oğlan övladları arasında təryibə sistemi fərqlidir. Qızlar analarına, oğlanlar isə atalarına baxıb davranışlarını formalaşdırırlar. Lakin hər zaman qızlar ata, oğlanlar isə analarından sevgi gözləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, kifayət qədər vaxt ayrılmadıqda, problemlərinə önəm verilmədikdə isə uşaqlarda dəyərsizlik hissi yaranır: “Uşaqların təryibəsində onları dinləməyimiz vacib şərtdir. Eyni zamanda övladlarımı başqalarının yanında tənqid etmək, problemlərini müzakirəyə çıxartmaq düzgün deyil. Əgər evdə nənə, baba və ya digər şəxslər tərəfindən uşaqlar tərbiyə görürlərsə, bu zaman adətən ərköyün olaraq böyüyürlər.
Uşaqlara tərbiyə verərkən sevgidən də, cəzadan da düzgün zamanda istifadə etmək lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə